Bakıda çoxmərtəbəli yaşayış binası yanır.
“Report” xəbər verir ki, hadisə Yeni Yasamal yaşayış massivində Əsəd Əhmədov küçəsində yerləşən binada qeydə alınıb.
Yanğın 21 mərtəbəli binanın zirzəmisindən başlayıb və yuxarı mərtəbələrə keçib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından mühafizə xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.


Şərhlər
Bu çoxmərtəbəli binalarda niyə tez-tez yanğın hadusələri baş verir?Belə halları araşdıran ,səbəbini ortaya çıxaracaq qurum varmı? Vatsa niyə kompleks tədbirlər görülmür?Buna səbəb elektriknaqillərinin uyğun tətbiq olunmaması,izole etmənin səhlənkarlığı,baxımın təşkij edilməməsi və ya başqa səbəblər olduğunu kim araşdırmalı və qaydaya salmaldır?