Menu

AVROPA İTTİFAQINDAN RUSİYAYA 12-ci ZƏRBƏ – Ermənistan da zərər görəcək

19.12.2023, 14:15
AVROPA İTTİFAQINDAN RUSİYAYA 12-ci ZƏRBƏ – Ermənistan da zərər görəcək

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 12-ci iqtisadi və fərdi sanksiyalar paketini qəbul edib.

“AzPolitika.info” xəbər verir ki, qadağalar Rusiyadan strateji məhsulların alınmasına, daşınmasına, eləcə də bu ölkəyə bir sıra texnoloji malların satılmasına qadağaları əhatə edir. Beləliklə:

- Aİ Rusiyadan almazların birbaşa və ya dolayı yolla idxalına, alınmasına və ya tranzitinə qadağa qoyur. Qadağa Rusiya mənşəli almazlara, Rusiyadan ixrac edilən almazlara, Rusiya ərazisindən tranzitlə keçən brilyantlara və üçüncü ölkələrdə emal olunmuş rus almazlarına şamil edilir:

- Aİ öz ixracatçılarına tərəfdaş ölkələr istisna olmaqla üçüncü ölkəyə xüsusilə həssas mal və texnologiyalar satdıqda, tədarük etdikdə, köçürdükdə Rusiyaya təkrar ixracına qadağa qoyur;

- Aİ bəyan edir ki, Rusiya hərbi-sənaye kompleksinə birbaşa dəstək verənlər siyahısına 29 yeni təşkilat əlavə edib. Onlar ikili təyinatlı mallara və texnologiyalara, habelə Rusiyanın müdafiə qabiliyyətinin texnoloji cəhətdən təkmilləşdirilməsinə töhfə verə biləcək mal və texnologiyalara daha sərt ixrac məhdudiyyətlərinə məruz qalacaqlar;

- Rusiyanın müdafiə və təhlükəsizlik sektorunun texnoloji təkmilləşməsinə töhfə verə biləcək qadağan olunmuş malların siyahısı genişlənir. Siyahıya kimyəvi maddələr, litium batareyaları, termostatlar, İHA-lar üçün DC və servo mühərriklər, dəzgahlar və maşın hissələri daxildir;

- Aİ Rusiyaya əhəmiyyətli gəlir gətirən malların idxalına əlavə məhdudiyyətlər qoyur, bu kateqoriyaya çuqun və spiegeleisen, mis məftil, alüminium məftil, folqa, borular daxildir;

- Bundan başqa 12 aylıq keçid dövrü ilə mayeləşdirilmiş propana yeni idxal qadağası tətbiq edilir.

Aİ eyni zamanda şəxsi gigiyena vasitələri və ya səyahət edənlərin geydiyi və ya baqajda daşıdığı geyim əşyaları, habelə Aİ-yə giriş üçün diplomatik qeydiyyat nişanları olan nəqliyyat vasitələri üçün idxal məhdudiyyətlərinə bəzi istisnalar tətbiq etmək qərarına gəlib. Bundan əlavə, Rusiyada yaşayan Aİ vətəndaşlarının Birliyə daxil olmasını asanlaşdırmaq üçün Üzv Dövlətlər, nəqliyyat vasitələrinin satış üçün nəzərdə tutulmaması və yalnız şəxsi istifadə şərti ilə şəxsi nəqliyyat vasitələri ilə girişə icazə verə bilərlər.

Ekspertlərə görə, Aİ-nin 12-ci sanksiya paketinin ən böyük zərbəsi Ermənistana dəyəcək. Çünki sanksiyalardan yayınmaq üçün Rusiya almazı əsasən bu ölkə üzərindən satılır. Təqdim olunan cədvəldə Ermənistanın almaz idxalı və ixracı 2013-cü ildən 2023-cü ilin noyabr ayına kimi kəskin şəkildə belə dəyişib (Sarı rəng idxalı, qara rəng ixracı göstərir).

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol