DÖVLƏT QURUMUNDA MİLYONLUQ YEYİNTİ - Sabiq rəis və işçiləri məsuliyyətə cəlb edildilər

Azərbaycan Auditorlar Palatasının üç sabiq əməkdaşı cinayət məsuliyyətinə cəlb edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, maliyyə və texniki təminat İdarəsinin sabiq rəisi, baş mühasib Vəli Rəhimov, maliyyə təminatı və xarici əlaqələr idarəsinin maliyyəçi-mühasibi Gövhər Əhmədova və Palatanın digər auditoru Fəridə Novruzova xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunurlar.

İlkin məlumata əsasən, mənimsənilən məbləğ bir milyon manatdan çoxdur.

Təqsirləndirilərən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, 58 yaşlı Vəli Rəhimov ötən ay vəzifəsindən azad edilmişdi.

Şərhlər

dadaşyev 2023-12-22 00:37:11

Idarələr üçün ayrılan milyonları spisat eləmək üçün elə də bacarıq tələb olunmur. Bunu hər məmur bacarır, çünki günlük iş üsuludur, necə deyərlər, əşyanın təbiətindədir. Bacarıq o spisat edilmiş milyonları kimlərlə necə bölüşməkdir. Bunu bacaran məmur ömürlük məmurdur. Belələri üçün “ömürlük məmur” döş nişanı icad olunmalıdır. Gənclərimiz gedib onların yanında praktika keçməlidirlər ki, istedad batmasın.

dadaşyev 2023-12-20 23:53:35

A balam, başqaları dəvəni karvanıynan yeyir,karvanı sarvanıynan,milyon manat yeyintidir ki?

Yasəmən 2023-12-20 22:32:38

Bunlar da YAP-,çıdırllar?.Adə bu Partiya biabırdır ki!Belə işlər görmək üçün yaradılan partiya niyə hələ də ləğv edilmir?

Watchman 2023-12-20 19:56:57

Palatada at oynadan qadınlar görün evdə nə at oynadırlar

Roma 2023-12-20 14:29:39

"Ay maşallah", bu vaxta qədər qadınların adı rüşvətdə, korrupsiyada hallanmırdı, bir-iki istisnalar olmaqla (XİN-nin sabiq, baş mühasibi L. Canəhmədova və s.) ancaq indi qadınların da adları hallanır.

t.ədalət 2023-12-20 10:45:57

Azəryolun taladığı pulların yanında bu "fındıq tozu"dur..

Son yazılar


Новости

Обзор новинок в сфере смартфонов - Smartphone Trends 2024

Смартфоны продолжают оставаться...

Обзор новинок в сфере ноутбуков - Laptop Trends 2024

Рынок ноутбуков в...

Тренды крипторынка 2024 - Crypto Market Trends

Криптовалютный рынок —...