Menu

“Şimali Koreya Rusiyaya yüzlərlə konteyner sursat verib” - Smit

21.12.2023, 11:07
“Şimali Koreya Rusiyaya yüzlərlə konteyner sursat verib” - Smit

Şimali Koreya Rusiyaya min konteynerdən çox sursat tədarük edib. Vaşinqton güman edir ki, Şimali Koreya mərmi müqabilində Rusiyadan digər hərbi texnologiyalar almaq istəyir.

“AzPolitika.info” xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı nümayəndəsi Culian Smit bildirib.

O, bu məlumatın peyk görüntüləri ilə də təsdiqləndiyini deyib.

“Bizdə yeni məlumat var ki, KXDR bu yaxınlarda Ukraynaya qarşı müharibədə istifadə etmək üçün Rusiyaya əlavə silahlar tədarük edib. Bizdə olan məlumata görə, KXDR Rusiya Federasiyasına min konteynerdən çox hərbi texnika və sursat ötürüb”, - o qeyd edib.

Smit əlavə edib ki, KXDR Rusiyadan mərmi müqabilində digər hərbi texnologiyalar almaq istəyir:“Ola bilsin ki, Pxenyan Moskvadan qırıcı təyyarələr, yer-hava tipli raketlər, zirehli maşınlar, eləcə də ballistik raketlərin istehsalı üçün avadanlıq tələb etsin”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol