Menu

Macarıstan Ukraynanın NATO üzvü olmasına qarşı çıxıb

21.12.2023, 15:30
Macarıstan Ukraynanın NATO üzvü olmasına qarşı çıxıb

Macarıstan Ukraynanın NATO-ya daxil olmaq niyyətinə qarşıdır, çünki bu, alyans ölkələrini hərbi münaqişəyə cəlb edə bilər.

"Report" xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban ilin yekunlarına dair mətbuat konfransında çıxışı zamanı deyib.

"Ukraynanın NATO-ya üzvlüyü o deməkdir ki, biz sabah səhər oraya ordu göndərmək məcburiyyətində qalacağıq. Biz bunu istəmirik", - o bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol