Milli Məclisin sabiq sədri, hazırda ABŞ-da yaşayan Rəsul Quliyev növbədənkənar prezident seçkilərində dövlət başçısı İlham Əliyevi dəstəkləyəcəyini açıqlayıb.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Quliyevin fəxri lideri olduğu Gələcək Azərbaycan Partiyasının qurultayında məlumat verilib. Eks-spiker partiya üzvlərini Prezident İlham Əliyevi dəstəkləməyə çağırıb.
Qurultayda R.Quliyevin müraciəti müsbət qiymətləndirilib və seçkilərdə İlham Əliyevin namizədliyinin dəstəklənməsi barədə qərar qəbul edilib.
“AzPolitika.info”


Şərhlər
Bu bədbaxtıda Etibar Məmmədov ,Sərdar Cəlaloğlu,indidə partiya adlandırdığı sədrini belə Rəsulun özü tanımadığı cavan oğlan pullarını yedilər ,düşüb bankrota ABŞ-da haram pullarla aldığı villalarının birini satdı.Rəsul özünü öldürmə səni buraya buraxan olmayacaq
Artıq mövcud qanunvericiliklə Rəsulun partiyası qeydiyyata alınmayıb, və deməli GAP yoxdur. Rəsulun bütün təsəbbürləri ölkəyə qayıdıb ömrünün son günlərini vətəndə yaşamaq üçündür. Və Rəsula etibar edilmədiyi üçün bu yəqin ki, müəyyən şərtlər çərçivəsində baş tuta bilər ki, Rəsul buna ikiəlli razı olacaq. Şərtlərin nə olacağını bilmirəm amma partiyanın adınfan Gələcək sözünü çıxarıb Keçmiş qoymalıdır...