Menu

Ukrayna hərbi qanunlarını dəyişir – Qalmaqallı layihə Ali Radaya göndərildi

26.12.2023, 12:10
Ukrayna hərbi qanunlarını dəyişir – Qalmaqallı layihə Ali Radaya göndərildi

Ukrayna hökuməti səfərbərlik, hərbi qeydiyyat və hərbi xidmətlə bağlı bəzi məsələlərin təkmilləşdirilməsi haqqında qanun layihəsini Ali Radaya təqdim edib.

“AzPolitika.info” Ukrayna mediasına istinadla xəbər verir ki, layihə səfərbərliklə bağlı cəmiyyətdə narazlıqların getdikcə artması fonunda təqdim edilib.

Qanun layihəsində, bir sıra ciddi dəyişikliklər təklif olunur. O cümlədən;

▪hərbi xidmətə çağırış yaşının 27-dən 25-ə dəyişdirilməsi;

▪müddətli hərbi xidmətin ləğv olunması (müddətli hərbi xidmətdə olan bütün hərbi qulluqçuların ehtiyata çıxarılması təklif olunur);

▪hərbi-həkim komissiyalarının rəyləri siyahısından hərbi xidmətə məhdud yararlılıq haqqında rəyin çıxarılması;

▪Ukraynanın 18 yaşdan 25 yaşa qədər olan bütün vətəndaşları üçün bütün təhsil müəssisələrində 3 aya qədər silah hazırlığı dərslərinin keçirilməsi;

▪əsas ümumqoşun hazırlığını başa vurmayanlar üçün 25 ilədək müddətə öz istəyi ilə həqiqi hərbi xidmətin tətbiqi;

▪əsirlikdən azad edilmiş hərbi qulluqçulara əməkhaqqı 90 gün saxlanılmaqla, əlavə məzuniyyət verməklə onların istirahəti və sağalması imkanlarının təmin edilməsi;

▪hərbi qeydiyyatdan və hərbi xidmətdən yayınan Ukrayna vətəndaşlarının hüquqlarına məhdudiyyətlərin müəyyən edilməsi;

▪inzibati xidmət, məşğulluq və işə qəbul mərkəzlərinin hərbi xidmətə qəbul tədbirlərinə cəlb edilməsi.

Qanun layihəsində həmçinin qeyd olunur ki, vətəndaşa çağırış vərəqəsi onun elektron kabineti və ya elektron poçt vasitəsilə göndərilə bilər.

Ekspertlərə görə, bu düzəlişlərin Ali Radada ciddi müzakirə olunacağı gözlənilir. Müxalifətdən olan deputatların bir qismi düzəlişlərin əleyhinədir.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol