Menu

Tatarıstanda matəm elan olunub

18.11.2013, 10:38
Tatarıstanda matəm elan olunub

Noyabrın 17-i axşam saatlarında Tatarıstanın paytaxtı Kazanda hava limanında sərnişin təyyarəsi qəzaya uğrayıb. Rəsmilər qəzada 44-ü sərnişin, 6-ı təyyarə heyəti olmaqla 50 nəfərin həlak olduğunu bildrirlər.

Həlak olanlar arasında Tatarıstan prezidenti Rustam Minnikhanov-un oğlu İrek Minnikhanov, və Rusiya Federal Təhlükəsizlik Bürosunun Tatarıstan idarəsinin rəhbəri Alexander Antonov da var.

Kazan hava limanında təcili yardım maşınları. Qəzadan sonra hava limanı bağlanıb. 17 noyabr 2013

Təyyarə Moskvadan Rusiya Federasiyası daxilindəki Tatarıstanın paytaxtı Kazana sərnişin daşıyırmış. Rusiyanın Fövqəladə Hallar Nazirliyi Tatarıstan Hava Yollarına aid olan Bering 737 markalı təyyarənin mənzil başında hava limanına enərkən qəzaya uğradığını bildirir.

Rəsmi məlumata görə qəza nəticəsində təyyarəkilərin hamısı həlak olub.

Rəsmilər bildirirlər ki, təyyarə iki dəfə enişə cəhd edib. İkinci cəhdində isə yerə çırpılaraq yanıb. Qəzanın dəqiq səbəbləri hələlik məlum deyil.

Rusiya prezidenti Vladimir Putin qəzanın səbəblərinin araşdırılması üçün komissiya yaradılmasına göstəriş verib.

Yerli hakimiyyət həlak olanların ailələrinə 1 milyon rubl ödəmək qərarı çıxarıb. Ailələr sığorta haqqı kimi 2 milyon rubl da alacaqlar.

İlkin araşdırmalara görə, təyyarə yerə düşərkən qanadı uçuş-enmə zolağına toxunub və alışıb. Yanğını bu gün səhər söndürmək mümkün olub

Noyabrın 18-i Tatarıstanda matəm elan olunub. Prezident Rüstəm Minnixanov belə sərəncam verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol