«Hizbullah» dəstələri Livanla sərhəddən 2,5 km aralıda yerləşən İsrailin Kiryat Şmona şəhərini atəşə tutub.
«AzPolitika.info» TASS-a istinadla xəbər verir ki, «Hizbullah» hərbi informasiya xidmətinin Telegram kanalında yerləşdirilmiş bəyanatına görə, hərəkatın döyüşçüləri İbu sərhəd qəsəbəsinə çoxsaylı raket sistemlərindən 30 mərmi atıblar.
Hücumun nəticələri barədə ətraflı məlumat verilməyib.
“Əməliyyat işğalçı qüvvələrin Qəzza zolağında və Livanın cənubunda dinc əhaliyə qarşı törətdiyi cinayətlərə cavab idi”, — deyə mətndə vurğulanır.
Günün ilk yarısında «Hizbullah» dəstələri İsrail ərazisinə 18 raket atıb, onlardan 8-i “Dəmir günbəz” hava hücumundan müdafiə sistemi tərəfindən ələ keçirilib. Zərbələr Yuxarı Qalileydə İsrailin möhkəmləndirilmiş ərazilərinə, həmçinin Şeba və Kfar Şuba yüksəkliklərinə endirilib.
Rüfət
AzPolitika.info


Şərhlər