Menu

12 yaşlı qız 32 yaşlı şəxslə nişanlandı - Rəsmi açıqlama

29.12.2023, 11:57
12 yaşlı qız 32 yaşlı şəxslə nişanlandı - Rəsmi açıqlama

Sabirabad rayonunda 12 yaşlı qızın nişanlanması müzakirələrə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, “Təsir dairəsi” verilişində 12 yaşlı qızın nişan görüntüləri yayımlanıb.

Bildirilib ki, Sabirabadın Məmişli kəndində ailələrin razılığı ilə 12 yaşlı qızla 32 yaşlı kişi nişanlanıb. Cütlük arasında 20 yaş fərqinin olması, qızın hələ yeniyetmə çağına yeni daxil olması kəskin reaksiyalara səbəb olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bütün tədbirlər icra olunub:

“Araşdırmalar zamanı qızın 12 yaşının olduğu məlum olub. Polis əməkdaşları yeniyetmənin valideynləri ilə izahedici söhbətlər aparıblar və qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb.

Bundan əlavə, yeniyetmənin qanunvericiliyə uyğun olaraq təhsilinə davam etməsinə və dərsə davamiyyətinə mütəmadi olaraq nəzarət olunacaq”.

Şərhlər

Ismayil əxiyə 2023-12-29 22:20:24

Bəli, cinayət sayılır. Çünki pedofiliya cinayətdir. Bunu heç düşündünmü? Allah deyib ki, get azyaşlı qız uşağı ilə evlən? Get beynini format etdir, alınmırsa ona bir güllə çax, savab iş görmüş olarsan.

Veteran 2023-12-29 22:18:12

Geri zəkalı ailə və kənd camaatı. Bu həyat pislərin ucbatından deyil,laqeyidlərin ucbatından məhvə gedir.

Oxucu. 2023-12-29 22:17:57

Cahiliyyət.

İsmayıl 2023-12-29 13:27:02

Nişanlanmaq da cinayət sayılır ? Burunların hər yerə soxurlar,Allahın icazə verdiyinə kimin nə həddi ki qadağa gətirə ? Bunu heç düşünən oldumu ?

x 2023-12-29 12:50:58

12 yaşlı qızıma baxıram və dəhşətə gəlirəm

Adam 2023-12-29 12:13:48

32 yashliya pedofiliya ile cinayet ishi achilmalidir. Gerizekalilar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol