Menu

"Traktor"dan böyükhesablı qələbə

30.12.2023, 23:52
"Traktor"dan böyükhesablı qələbə

İran çempionatında 15-ci turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi "Traktor" doğma meydanda "Sanat Naft Abadan"la qarşılaşıb. Matç Təbriz təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

"Traktor" - "Sanat Naft Abadan" - 3:0 

Qollar: Aqhasi, 25, Haşemneyad, 32, Qanbari, 77

Bu qələbə sayəsində xallarını 28-ə yüksəldən "Traktor" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. "Sanat Naft Abadan" 11 xalla 14-cüdür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol