Menu

“İnanıram ki, 2024-cü ildə mühüm qərarlar qəbul ediləcək” – Millət vəklinin bayram təbriki

31.12.2023, 11:26
“İnanıram ki, 2024-cü ildə mühüm qərarlar qəbul ediləcək” – Millət vəklinin bayram təbriki

Dəyərli həmvətənlər, əziz dostlar!

Azərbaycan tarixi özünün ən möhtəşəm dövrünü yaşayır. Müasir Azərbaycanın qurucusu, böyük dövlət adamı Heydər Əliyevin təməlini qoyduğu dinamik inkişaf, siyasi sabitlik və güclü Azərbaycan naminə həyata keçirilən dövlət siyasəti özünün ən pik dövrünü yaşayır.

Uğurlu siyasi varis cənab Müzəffər Ali Baş Komandan İlham Əliyevin sayəsində Azərbaycan ərazi bütövlüyü tam təmin edərək, torpaqlarını işğaldan azad etmişdir. İlham Əliyev dünya siyasi tarixinə məhz separatizmi ləğv edən bir siyasi xadim kimi düşmüşdür. Bütün bu uğurlar hakimiyyət və xalq vəhdətinin, güclü həmrəyliyin ən parlaq nümunələridir.

Artıq Azərbaycan dünyada yeni çağırışlara ev sahibliyi edən bir dövlət kimi tanınmaqdadır. Son illərimiz yalnız qələbələrlə müşayiət edilməkdədir. İqlim dəyişiklikləri ilə bağlı dünyada ən nüfuzlu təsisatlarından olan COP29-un Azərbaycanda keçirilməsi də bu uğurlu siyasətin bariz nümunəsidir.

İnanıram ki, 2024-cü ildə Azərbaycan xalqının böyük oğlu, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə keçiriləcək beynəlxalq tədbirlərdə bütün planetimizdə yaşayan insanların rifahı, rahat və sağlam ətraf mühitdə yaşaması üçün mühüm qərarlar qəbul ediləcək.

Başda cənab Prezident İlham Əliyev və 1- ci vitse-prezident Mehriban Əliyeva olmaqla, Sizin hər birinizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, eyni zamanda “Yaşıl Dünya naminə həmrəylik” ili münasibətilə səmimi qəlbdən təbrik edir, yeni təqvim ilində hər bir azərbaycanlı ailəsinə gözəl və sevincli günlər arzulayıram.

Sadiq Qurbanov, 

Milli Məclisin Təbii ehtiyyatlar, energetika və ekologiya komitəsinin sədri

Şərhlər

Vətəndaş 2023-12-31 17:44:43

Milli Məclis 20 ildir nəsə sərbəst,milləti düşündürən,xalqın çətinlik çəkdiyi hansısa məsələ müzakirə edib qərar çıxarıb? Əsla yox! Mlli məslisin vəzifəsi və işi oraya prezident aparatından və ya onların göstərişi ilə Nazirlər Kabinetindən göndərilən hazır qəararları yalandan müzakirəyə çıxarıb təsdiq etmək olub.Ona görə "deputatların" köməkçilərinin havayı maaş alması və "deputatlara" 8-10 min manat maaş verilməsi belə fəaliyyət üçün dövlət büdcəsinə qəsd kimi qiymətlənditilməlidir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol