Menu

Fransa prezidenti ətrafında qalmaqal

29.11.2014, 12:09
Fransa prezidenti ətrafında qalmaqal

Fransua Ollandın sevgili olduğu iddia edilən aktrisa ilə yeni şəkilləri yayılıb

Fransa prezidenti Fransua Olland ətrafında növbəti dəfə şəxsi həyatı ilə bağlı qalmaqal yaranıb.

ANS PRESS-in məlumatına görə, ötən həftə Ollandın fransalı aktrisa Jüli Qaye ilə birlikdə prezident sarayının eyvanında çəkilmiş şəkli mətbuatda dərc edildikdən sonra Yelisey sarayının 5 əməkdaşının iş yeri dəyişdirilib. Ollandın aktrisa ilə şəkillərinin birbaşa prezidentlə işləyən Yelisey işçilərindən biri tərəfindən çəkildiyi ehtimal edilir. Faktla bağlı araşdırma da başladılıb.

Fransa prezidentinin Jüli Qaye ilə sevgi münasibətləri bu ilin yanvarında gündəmə gəlmişdi. Həmin vaxt Ollandın Qayenin evi qarşısında motosikllə dayanmasını əks etdirən şəkillər qalmaqala səbəb olmuşdu.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol