Menu

Saatlıda canavarlar 14 qoyunu tələf edib - FOTOLAR

01.01.2024, 17:00
Saatlıda canavarlar 14 qoyunu tələf edib - FOTOLAR

Saatlıda canavar sürüsü şəxsi təsərrüfata hücum edib.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, Saatlı rayonunun Qranuru kəndində şəxsi təsərrüfata canavarların hücumu olub.

Hadisə səhər saat saatlarında Qaranuru kənd sakini İlham Şirəliyevə məxsus təsərrüfatda qeydə alınıb. Nəticədə 14 baş xırdabuynuzlu heyvan tələf olub, 8 baş heyvan isə yaralanıb. Əraziyə kənd baytarı dəvət edilib. Yaralı qoyunlara quduzluq əleyhinə vaksin vurulub, ərazi dezinfeksiya edilib.

Şərhlər

Mubariz 2024-01-01 17:38:57

«Canavarlar» zatən bizləri yeyir ,təcüblü heç nə yoxdur

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol