Menu

"MİKRO SAHİBKARLARIN VERGİ YÜKÜ 15% ARTACAQ" - "Fərdi sahibkar qazancının 25%-nə qədərini itirəcək"

04.01.2024, 19:15
"MİKRO SAHİBKARLARIN VERGİ YÜKÜ 15% ARTACAQ" - "Fərdi sahibkar qazancının 25%-nə qədərini itirəcək"

"Vergi qanunvericiliyinə edilmiş dəyişiklik nəticəsində mikro sahibkarlıq subyektlərinin bir hissəsinin vergi yükü artacaq".

"AzPolitika.info" xəbər verir ki, bunu iqtisadçı Samir Əliyev bildirib.

"Əgər mikrosahibkarlar gəlirlərinin 5%-ni dövlətə verirdilərsə, bu aydan başlayaraq 20%-ni büdcəyə ödəməli olacaqlar. Yəni mikrosahibkarların vergi yükü birdən-birə 15% artacaq. Sadə dillə desək, gəlirləri ən azı 15% azalacaq. Mikrosahibkarlar vergi güzəştini bərpa etmək üçün 3 işçi götürməlidir", - ekspert əlavə edib.

İqtisadçı qeyd edir ki, hökumət başqa ödənişlərə güzəşt tətbiq etməklə zərəri azaltmaq istəyib: "Əslində bu güzəşt vergi yükünün artmasını ciddi qarşılaya bilmir. Güzəştin mahiyyəti odur ki, sizin büdcəyə ödəyəcəyiniz məcburi sosial sığorta ödənişinin 25%-i vergi ödənişindən çıxılır. Bu güzəşt 3 il müddətində qüvvədə olacaq".

Samir Əliyev daha sonra konkret misallarla problemə aydınlıq gətirib: "Təsəvvür edin ki, sizə il ərzində hər birinin məbləği 3000 manat olmaqla 4 dəfə ödəniş edilib və ümumi mədaxil 12.000 manat olub. 2023-cü ildə sizin büdcəyə ödənişiniz 945 AZN olub. Bunun 600 AZN-i (12000 AZN x 5%) gəlir vergisi, 345 AZN-i (86.25 AZN x 4 ay) sosial sığorta ödənişi şəklində olub.

2024-cü ildə siz 12000 manatlıq ödənişə görə 2658,75 AZN ödəməli olacağıq. Bunun 2400 AZN-i (12000 AZN x 20%) vergi, 258,75 AZN-i (86,25 AZN x 4 ay - 25%) məcburi sosial sığorta ödənişii təşkil edir.

Göründüyü kimi, orta hesabla aylıq dövriyyəsi 1000 AZN olan mikrosahibkarın vergi yükü 78,75 AZN-dən 221.=,56 AZN- yüksəlib. Bura İcbari Tibbi sığorta ödənşini də əlavə etsək, belə çıxacaq ki, bir fərdi sahibkar qazancının 25%-nə qədərini itirəcək".

İqtisadçının sözlərinə görə, güzəştlərin tədricədən aradan qaldırılması kölgə iqtisadiyyatını genişləndirəcək.

Rasim Əliyev

"AzPolitika.info"

Şərhlər

Azad 2024-01-06 14:09:37

Qisasi belə başa düşülür ki, qiymətlər 15% artır. Bu artım isə istehlakçının belinə yüklənəcək. Çox maraqlıdır, istehlakçıların marağına hansı addımlar atılacaq?

RR 2024-01-05 07:00:30

Salam sleykum))

Amin 2024-01-05 02:23:33

Utandirici haldir....memur islahatlarindan sonra...yaxsilashmaqdansa dahada acinacaqli hala dusuruk

Kasıb 2024-01-04 22:01:59

Qanun yetim yesirə tətbizq edilir. Trilyonları talayan bizdən olmayanlara isə şərəf ordeni verilir ki düz edib bu milləti talayırsınız. Bu millətə daha çox atın qoy bu millət məhv olsun

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol