"Fransanın Evian-le Bən şəhərində 2017-ci ildə ucaldılmış Azərbaycan şairi Xurşidbanu Natəvanın (1832-1897) heykəlinə qarşı vandalizm aktı törədilib və üzərinə qırmızı boya atılıb. Heykəlin mühafizəsi məqsədilə sonradan üzərinə qoruyucu örtük sarılıb".
“AzPolitika.info” xəbər verir ki, bu fikirləri millət vəkili, təhsil eksperti Etibar Əliyev öz “facebook” səhifəsindən paylaşdığı yazıda qeyd edib.

Deputat daha sonra yazıb: "Fransızlar ölkələrini maarifçiliyin, humanizmin beşiyi adlandırırlar. İlk Ensiklopediya Fransada yaranıb. Bütün bunların fonunda XXI əsrdə bu xalq vandalizmə əl atır. Bu qədər deqradasiyaya uğramaq ağılasığmazdır.
Bu məlumatla tanışlıqdan sonra fransızların ən çox sevdiyi böyük fransız qadın yazıçı Jorj Sandın (1804-1876) əsərlərinin külliyatını (9 cild, 1971-ci ilin nəşri) qorumağım yadıma düşdü. Kitabxanamın bir hissəsini balkonda yerləşdirdiyimdən bu cildlərin də bir neçəsi nəm çəkmişdi. Həmin cildləri restavrasiya etdim və nəmişlik olmayan yerə köçürdüm. Bəli, kitab da abidədir. Mənim bu statusumu Fransanın Azərbaycandakı səfirinin oxumasını istərdim. Mən Jorj Sandın kitablarını nə yandırmaq, nə də qırmızı boyamaq istəmirəm.
Bu da bizim mədəniyyətimiz və fərqimiz!"


Şərhlər