Menu

Qəbələdə avtomobil ağaca çırpılaraq yanıb - Ölən və xəsarət alanlar var

06.01.2024, 23:35
Qəbələdə avtomobil ağaca çırpılaraq yanıb - Ölən və xəsarət alanlar var

Qəbələ rayonunda ölümlə və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, Qəbələ-Ağdaş avtomobil yolunun rayonun Əmili kəndi ərazisindən keçən hissəsində Rafael Əzizovun “Mercedes” markalı avtomobilə idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarındakı ağaca çırpılaraq yanıb.

Hadisə nəticəsində sürücü və sərnişini Məhəmməd Qafarov xəsarət alıb, digər sərnişin, 1970-ci il təvəllüdlü Rafael Mirzəliyev aldığı xədarətlərdən hadisə yerində ölüb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan "Report"un yerli bürosuna bildirilib ki, faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol