İsrail Livana qarşı müharibəyə hazırlaşır.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yüksək rütbəli İsrail rəsmiləri deyiblər.
Bildirilib ki, artıq diqqəti Qəzzadan Livana keçirməyin vaxtıdır.
Rəsmilərin sözlərinə görə, İsrail ordusu müdafiədən hücuma keçməlidir: "Onların fikrincə, diplomatiya işə yaramır, Hizbullah qruplaşması təzyiqi hiss etməlidir: “İsrail öz qüvvələrini Livan cəbhəsində fəaliyyətə hazırlamalı və Hizbullaha qarşı müharibə üçün əməliyyat planlarını irəli sürməlidir”.
Məlumata görə, bu həftə mühüm görüşlər keçirilib və bəzi planlar artıq təsdiqlənib.


Şərhlər