ABŞ-ın keçmiş Prezidenti Donald Tramp Fransa Prezidenti Emmanuel Makronu ələ salıb.
“AzPoltika.info” xəbər verir ki, Ayova ştatında seçiciləri ilə görüşən Tramp, illər öncə Fransa lideri ilə aralarında keçən dialoqdan bəhs edib.
Tramp bu zaman Makronun ingiliscəsinə lağ edərək, onu ələ salıb.
“Görüşdə Makrona vergi ilə bağlı qanunu geri götürməsə, həmin gecədən etibarən Fransadan ABŞ-a ixrac olunan bütün şərab məhsullarına 100 faiz vergi tətbiq edəcəyimi dedim. Bu zaman Makron “Yox, yox, yox, bunu edə bilməzsən, Donald” deyə cavab verdi”,-deyə Tramp bildirib.
“AzPolitika.info”


Şərhlər