Bakının baş planının əsas məqsədlərindən biri çoxmərkəzli şəhər infrastrukturunun yaradılmasıdır.
"Xezerxeber.az"ın məlumatına görə, planın icrası ilə Mərkəzi Bakının yüklənməsinin azaldılması, şəhərətrafı ərazilərin cəlbediciliyinin artırılması və gücləndirilməsi, mənzil fondunun müasirləşdirilməsi hədəflənir.
Plana əsasən, Zığ və Hövsan, Sabunçu, Binəqədi və Lökbatan dörd alt mərkəz hesab ediləcək. Binəqədi şəhərin şimal qapısı, Lökbatan isə qərb qapısı rolunu oynayacaq.
Zığ və Hövsan sahilyanı yaşayış məntəqələri və istirahət məkanlarının birgə inkişaf etdiriləcəyi ərazi kimi nəzərdə tutulur. Sabunçu hava limanı şəhər kimi inkişaf etdiriləcək, Binəqədidə Böyükşor gölünün bərpası ilə istirahət imkanları, Lökbatanda isə logistika imkanları artırılacaq.
Ətraflı süjetdə:

Şərhlər
Bakı onsuz da dolub. Bu qədər bina inşa etməklə yaşıllıqlar azalır, maşınlar, səs küy artıq. Əl çəkin bu Bakıdan, qoyun nəfəs alsın. Bakını da, əhalisini də yox etdiniz, axırına çıxdınız.
Hazırda ölkəmizə saf su, hava kimi zəruri tükənən neft gəlirini əvəzləyəcək yüksək və rəqabətli sorğusu olan sənaye sahələr gərək! Ən geci (bahalı göydələn, siyasi bəzəklər əvəzinə) 2001ci ildən dənizkənarı bulvardan sərhədlərimizə qədər vahid mükəmməl hər gün çalışan yeni Azərbaycan layihəsi gərəkdi? Dünya iqtisadiyyatı çökdükcə bizim iqtisadiyyat dayanıqlı inkişaf şüarı arxasında durmuşdu?
Bu gün bir nömrəli məsələ Qarabağın qurulması olmalıdır. Qalan bir təfərrüatdır.
Zavod fabrik ish yerleri acmaq lazim )