Ermənistanda yeni yaradılmış Beynəlxalq İqtisadi İnteqrasiya və İslahatlar Nazirliyinə rəhbər təyin olunub.
“Media forum” saytı xəbər verir ki, Ermənistan prezidenti Serj Sərkisyan Vaçe Qabrielyanı beynəlxalq iqtisadi inteqrasiya və islahatlar naziri, eyni zamanda baş nazirin müavini postuna gətirib.
Vaçe Qabrielyan 1968-ci ildə Yerevanda doğulub. Yerevan Dövlət Universitetinin iqtisadi kibernetika fakültəsini, onun aspiranturasını, Ratqers Universitetinin (ABŞ) ictimai idarəetmə fakültəsini bitirib, fəlsəfə doktorudur.
2010-2013-cü illərdə Vaçe Qabrielyan maliyyə naziri olub, 2013-cü ildən hökumət aparatının rəhbəri, daha sonra baş nazirin müşaviri postunu tutub.
Beynəlxalq İqtisadi İnteqrasiya və İslahatlar Nazirliyi Ermənistan parlamentinin noyabrın 17-də qəbul etdiyi qanunla yaradılıb. Həmin qanunla Fövqəladə Hallar və Ərazi İdarəçiliyi nazirliklərinin birləşdirilməsi də nəzərdə tutulur.


Şərhlər