Dünən axşam saatlarında Polşa polisi ölkənin keçmiş daxili işlər naziri Mariuş Kaminski və onun müavini Maçey Vonsiki həbs edib.
Həbs prezident Anjey Dudanın keçmiş məmurlar üçün Prezident Sarayında təşkil etdiyi dəvət zamanı həyata keçirilib.
Məhkəmə Kaminski və Vonsikin 2007-ci ildə vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri ilə bağlı həbs qərarı çıxarıb.
Duda 2015-ci ildə onlara amnistiya elan edib, lakin Polşada hakimiyyət dəyişikliyindən sonra məhkəmə bu qərarı ləğv edib və Daxili İşlər Nazirliyinin keçmiş rəhbərlərini iki il müddətinə azadlıqdan məhrum edib.
"Polşa dövlətinin ləyaqəti, prezidentin əfv etdiyi şəxslərin ləyaqəti alçaldılıb", - Dudanın ofisinin bəyanatında deyilir.
Polşanın Baş naziri Donald Tusk da öz növbəsində prezidentin cinayətkarlara sığınacaq verməklə ədalətə mane olduğunu iddia edib.
"AzPolitika.info"


Şərhlər