“EPŞTEYN” ADASI İLƏ BAĞLI ŞOK İDDİALAR – Dünyanın tanınmış simaları adada nələr edib? + FOTOLAR

Cinsi istismar maddələri ilə təqsirləndirilən amerikalı milyarder Cefri Epşteynin məhkəmə prosesinə dair açıqlanan gizli sənədlər hazırda dünya mediasının əsas müzakirə mövzusuna çevrilib.

“AzPolitika.info” xəbər verir ki, söhbət bir vaxtlar “Epşteyn” adasında yaşanan ağlasığmaz olaylardan gedir. Məhkəmə sənədlərinə görə, bir vaxtlar həmin adaya tanınmış iş adamları, müğənnilər, ziyalılar, hətta ABŞ-nin sabiq ölkə başçıları belə səfər edib.

Daha dəqiq desək, adaya səfər edənlər arasında – ABŞ-nin sabiq Prezidentləri Bill Klinton və Donald Tramp, iş adamı Bill Qeyts, alim Stiven Hokinq, İsrailin keçmiş Baş naziri Ehud Barak, dünya şöhrətli müğənni Maykl Cekson kimi adlar var. 

Məhkəmə hələlik siyahıda olan yüzdən çox şəxsin konkret olaraq adanı hansı məqsədlə tez-tez ziyarət etdiyini açıqlamayıb. Lakin tanınmış KİV-lər məhkəmənin əlində adıçəkilən şəxslərə dair 18+ məzmunlu videogörüntülərin olduğunu iddia edir.

Qeyd edək ki, Cefri Epşteynin bu adasında müxtəlif leqal olmayan xidmətlər (satanizmə məxsus dini ritual kimi qəbul olunan insanları və uşaqları şeytana qurban etmə mərasimləri, azyaşlılara qarşı cinsi zorakılıqlar) təşkil olunub. Cefri Epşteyn sözügedən maddələr üzrə təqsirləndirilərək həbs edilsə də, o, 2019-cu ildə həbsxanada intihar edib. Cefrinin müəmmalı intiharından sonra isə məhkəmə ortaya sözügedən dəhşətli faktları çıxarıb.


Xarici KİV-lərdə gedən məlumatlara görə, “Epşteyn” adası ABŞ-nin Karib dənizindəki Virgin adalar qrupunun ən böyük adalarından olan Sent Ceyms adasında yerləşir. Ada havadan baxıldığında uçan quşu xatırladır. Epşteyn bu adanı 1998-ci ildə alıb və ona “Kiçik Müqəddəs Ceyms” adını verib. Rəsmi sənədlərdə adada malikanələr, hovuzlar, amfiteatr kimi dəbdəbəli obyektlərin olduğu bildirilir. Bunlarla yanaşı, adada müəmmalı bir məbəd də yerləşir. İddialara görə, vaxtilə həmin məbəddə uşaqlar zorakılığa məruz qalıb, ayinlər keçirilib, hətta uşaqlar burada “ilahi varlıqlara” qurban verilib.

Sui-qəsd nəzəriyyələrinə görə, həmin məbəd mavi və ağ zolaqlarla boyanmış xarici divarları, qızılı günbəzi, maraqlı giriş qapıları və heykəlləri ilə diqqət çəkir. Həmin mavi və ağ divarlar yunan bayrağı ilə müqayisə edilir və giriş qapısı Gestapo düşərgəsinə istinad kimi təsvir edilir. Bəzi məqalələrdə qapının hər iki tərəfindəki heykəllərdən biri Hades, digəri isə Poseydon olaraq araşdırılır. Yunan mifologiyasına görə, Hades ölülər üzərində hökmranlıq edən yeraltı dünyanın tanrısıdır. Yunan mifologiyasında Poseydon dənizləri idarə edirdi və quru tanrısı sayılırdı. Məbədin adada inşa edilməsi Epşteynin özünü adanın tanrısı kimi gördüyünə dair iddiaları gücləndirir.


Binanın damında oturmuş iki quşa bənzər heykəl haqqında da müxtəlif şərhlər var. İddialardan biri odur ki, heykəllər qədim Kənan dininin tanrısını təsvir edir. Bildirilir ki, bu dinin tərəfdarları uşaqları qurban verirdilər. 

Hər halda, bu nəzəriyyələr Epşteynin cinayət əməllərini gizlətmək üçün xüsusi bir quruluş qurduğunu və strukturun dizaynına bu fəaliyyətlərlə bağlı bir sıra aşkar ipuçlarını daxil etdiyini deməyə əsas verir.

Qeyd olunur ki, Epşteyn yəhudidir və ola bilsin ki, o, burada öz şəxsi sinaqoqunu yaratmaq istəyib.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar