Menu

Türkiyədə müalicə olunan hərbçimiz Bakıya qayıtdı

29.11.2014, 18:14
Türkiyədə müalicə olunan hərbçimiz Bakıya qayıtdı

Ədalət Məmmədovu hava limanında Müdafiə Nazirliyinin nümayəndələri və əsgərin yaxınları qarşılayıblar

Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində düşmənin təxribat cəhdinin qarşısını alarkən yaralanan, sonradan müalicəsini davam etdirmək üçün Türkiyəyə yola salınan hərbçilərdən biri bu gün Bakıya qayıdıb.

ANS PRESS-in APA-ya istinadən verdiyi məlumata görə, Ədalət Məmmədovu Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələri və əsgərin yaxınları qarşılayıblar.

Qeyd edək ki, düşmənin diversiya-təxribat cəhdlərinin və hücumlarının qarşısını alarkən yaralanan əsgərlər Ədalət Məmmədov, Elvin Əsgərov və Sərxan Tahirzadə avqustun 9-da müalicə üçün Türkiyəyə yola salınıb.

Əsgərlərin müalicəsini Türk İş Birliyi və Koordinasiya Agentliyi (TİKA) öz üzərinə götürüb. E. Əsgərov noyabrın 1-də müalicəsini başa vuraraq Azərbaycana qayıdıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol