Menu

Cənub bölgəsinin rayonları işıqsız qalıb

14.01.2024, 12:01
Cənub bölgəsinin rayonları işıqsız qalıb

Cənub bölgəsinin rayonları işıqsız qalıb. "Report"un Cənub bürosunun məlumatına görə, Lənkəran, Astara və Masallı rayonlarının 80 faizindən çoxunda, Lerik və Yardımlı rayonlarında elektrik enerjisinin verilişi dayanıb.

Buna səbəb 10 min kilovatlıq xətlərdəki açılmalardır.

Bununla yanaşı, iri gövdəli ağacların budaqları qopub, küknar və çinar ağacları kökündən çıxaraq aşıb. Nəticədə elektrik, rabitə və internet dirəkləri, xətləri sıradan çıxıb.

Əsas yollar texnikaların vasitəsilə qardan təmizlənsə də, digər küçələrdə aşan ağac və dirəklər yollarda hərəkəti dayandırıb.

Şərhlər

Vətəndaş 2024-01-14 14:11:33

Azərbaycanda xidmər sahələrinin (elektrik.su.kanaliaslyar,rabitə ) işi niyə belə yarıtmaz idarə olunur ki.bir az külək,yağış,qar olanda ölkə iflic vəziyyətinə düşür..Niyə bu sahələrin idarəçiləri öz üzərlərində məsuliyyət hiss etmir,yalan ifadələrlə və boş sözlərlə kənarda qalırlar.Niyə bu sahələrə dövlət nəzarəti,tələbkarlıq olunmur.? Axı bu hal 20 ildir davam edir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol