PARTLAYIŞIN BAŞ VERDİYİ SEXİN SAHİBLƏRİ MƏLUM OLDU - "Tağı İbrahimov yerində bina tikəcəkdi..." (Yenilənib)

Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında partlayış baş verən mebel sexinin sahibinin kimliyi müəyyənləşib.

Sözügedən mebel sexi Diasporla İş Üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşlarına məxsusdur.

"AzPolitika.info" xəbər verir ki, bu barədə "qaynarinfo" məlumat yayıb,

Obyekt Binəqədi rayonundakı keçmiş Ağac Emalı Zavodunun ərazisində yeləşir. Sözügedən zavod illər əvvəl Nazim İbrahimovun qardaşı, "İBRA Holdinq"in prezidenti Tağı İbrahimov tərəfindən özəlləşdirilib.

Sexin təsisçisi Tağı İbrahimov və "Avesta" şirkətinin sabiq prezidenti, fırıldaq layihələri ilə tanınan İbrahim Nehrəmli olub.

Sözügedən ərazidə yerləşən 8 sex bir neçə il əvvəl mebel istehsalı üçün iş adamına icarəyə verilib. Hadisə zamanı sözügedən iş adamı da dünyasını dəyişib.

"Avesta" şirkətinin sabiq prezidenti İbrahim Nehrəmli "qaynarinfo"-ya açıqlamasında sözügedən sexlərin ona və qardaşı Tağı İbrahimova məxsus olduğunu təsdiqləyib: "Bəli, sexlər bizimdir. Ağac Emalı Zavodunu özəlləşdirib, yerində Tağı İbrahimov yaşayış binası tikəcəkdi. Bununla bağlı layihə də vermişdik. Hələlik təsdiqlənmədiyi üçün ərazini sahibkara icarəyə vermişdik və bu hadisə baş verdi. Həmin sahibkar da hadisə zamanı dünyasını dəyişib. Yazığ Tağı buna nə etsin? İcarəyə vermişdi, bütün texniki təhlükəsizliyə sözügedən sahibkar cavabdeh idi".

İbrahim Nehrəmli hadisənin baş verməsinin səbəbini də açıqlayıb: "Hadisə qaz balonunun parlaması və boyaların üzərinə qığılcımın düşməsi nəticəsində baş verib. Birinci icarəyə verdiyimiz sexdə tüstülənmə başlayıb, alov maşının üzərinə düşüb. Daha sonra maşını itələyərək çölə çıxarsalar da, sonda hadisə baş verib. Bütün sexlərə cavabdeh şəxs Həmid idi. Biz qanun nəyi tələb edirsə, onu da etmişdik. Fövqəladə Hallar Nazirliyindən də sözügedən sexlərin fəaliyyəti üçün sənədlər alınıb. Hadisə zamanı Həmid də dünyasını dəyişib. Ordakı işlərə cavabdeh də Həmid idi. Bizlik bir şey yoxdur".

Tağı İbrahimov isə Binəqədidə partlayış hadisəsi baş verən mebel sexinin sahibi olduğunu inkar edib. "Demokrat.az"-a açıqlamasında bildirib ki, yanan mebel sexi onun deyil.

Hazırda Türkiyədə olduğunu deyən Tağı İbrahimov qardaşı İbrahim Nehrəmlinin fikirlərini də yalanlayıb: Qardaşım yalan deyir, o obyektin mənimlə heç bir əlaqəsi yoxdur. O bina Həmid müəllimin olub, o da bir neçə il əvvəl icarəyə verib”.

Onu da qeyd edək ki, hadisə nəticəsində bu saatadək xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, 9 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib. Ümumilikdə 24 nəfər xəsarət alıb.

635x100

Şərhlər

Millər 2024-01-27 14:34:25

Bəs bu əməlləri DİN.Prokurorluq, Nazirliklər,Prezident aparatı görmür və bilmir? Bu nə həngamədir?Axı bu hallar hətta xarici ölkələrdə aşkardır.Bunun əsl səbəbi nədir?Bu özbaşınalıq,soyöunçuluq,Talanın qarşısını kim almalıdır? Nehrən klanı niyə bi qədər mühafizə olunur?

Firdövsi 2024-01-19 10:40:40

Nehrəm klanının Azrbaycana vurduğu milyardlarla zərərə imkan yaradanlar da mühakimə olunmalıdır.(KOomersiya,orel,gömrük,narkomaniya,özbaşınalıq.cinayətl )ər

Cəmşid-ə 2024-01-18 18:48:33

Bəs bu qardaşların at oynatmaları necə baş verib?Bu ölkənin prezidenti,nəzarət,orqanları ədliyyə,polis.Prokurorları yoxdur?Bunu görməyiblər7Yoxsa torbada pişik var?

Loğmn 2024-01-18 17:13:42

Bunların əsli-nəslini son 100 ildə yoxlayan olsa bunların türk millətinə aid olmadıqları üzə çıxar...

Cəmşid Dərələyəzli 2024-01-18 10:53:42

Heç şaşırmadıq. Hələ çox "zibilin altından" bu qardaşlar çıxacaq. Neçə ki, Ölkədə iri ranqlı memurlar, memur evladlarI, qardaşları, qudaları ölkə büdcəsi hesabına at oynadacaqlar, demək ki ədalət çox uzaqdadır..

Ferrux 2024-01-18 08:46:21

Taginun diger ortagi ,yeni yasamalda camahatın başina oyun acanlar Şamavili Adem .Bu adamlardan uzaq durun .Bu Ademin Tel: 050- 2110301 .(Empayr otel işlədən .)

Ferrux 2024-01-18 08:39:42

Tagının ortagı Şamaxılı Ademdir .Adem İsmayılov Kecmiş MTN işinde adı hallanan şəxsdir Şeherde merkezde Empsyır oteli işdedir .2017 -ci ilde bir muddet hebsda de yatdi .Bu adam cox pis işlərlə meşguldur.Boyuk adamlarin adindan istifade ederek deləduzluq enəlləeri ilə məşgulduelar .Camahatin pylunu alib ev satnaq adı ilə qaytarmirar . İsmayilov Adem İsmayil oglu .Vetendaşlar bu adamdan ehtiyatlı olsunlar

Ferrux 2024-01-18 08:30:05

Tagının Yeni Yasamalda da yarımciq binasi var .Cammatin pulualinib aldadib evi tikmir .Taginin diger bir deləduz ortagi var Şamaxili Adem((Peşəkar deləduz) ona icareyə verib :Camahat pulunu geri ala bilmir Unvan.Yeni Yasamal Ə.Əhmedov kuc.Qlabal -SF Mtk

Nihad 2024-01-17 22:08:02

Bunlar Azərbaycan-türk xalqına açıq düşmənçilik mövqei nümayiş etdirirlər.Hər yerdə rüşvət,talançılıq,xaricə daşıma ilə məşğuldurlar.

Millət 2024-01-17 21:27:45

Sabir- Ə nə yalan danışırsan? Tağının 2 qızı,1 oğlu var. O ev tikməyəcəkdi,orda ev tikənlərə yeri vermədiyi üçün partladılıb

Rasim Quliyev 2024-01-17 19:55:22

Millət necə tarac olur olsun, nə işim var?! Düşmənlərə möhtac olur olsun, nə işim var?! Qoy mən tox olum, özgələr ilə nədi karim, Dünyavü cahan ac olur olsun, nə işim var?! Səs salma, yatanlar ayılar, qoy hələ yatsın, Yatmışları razı deyiləm kimsə oyatsın, Tək-tək ayılan varsa da, həq dadıma çatsın, Mən salim olum, cümlə cahan batsa da batsın, Millət necə tarac olur olsun, nə işim var?! Düşmənlərə möhtac olur olsun, nə işim var?!

Sabir-ə 2024-01-17 19:34:16

Kİm yoxlayacaq?Yoxlamalalı olanlar da .....Azəri-türklər işsizdir.

Türk 2024-01-17 13:58:07

Bu yazıdan məlum olur ki, Partlayışın təşəbbüskarları İbrahimovlardır.Bunun sübuta ehriyacı varmı?İndi götək Naxçıvan ... himayədarı olan hakimiyyərfəkilər nə ölçü görütəcəks.

İsmayıl 2024-01-17 12:36:46

Azərbaycanı niyə və kimlər əsli bəlli olmayan Naxçıvan .....Ad soyadlarını azərbaycanlaşdırıb soxulublar Azərbaycana!

Bəhi 2024-01-17 12:00:56

Prezidentliyə Yep-yeni namizədlərə təbii faciədən konstituson sual doğub-Özəl üstqurumlu dövlət iqtisadiyyatı hansı təmasdadır??? Sexi özəlləşdirmiş sahibkar, yüksək mənfəət qazanıb, ərazidə bina tikdirib daha az riskli-daimi qazanc mənbəyi yaradacaqmış? Sexin işçilərini ailələri ilə faciə olmasa da, səfalət gözləyirmiş? Hər kəsin sual və mövqeyinin *AzPolit*də dəərci daha faydalı olar???

Mubariz 2024-01-17 11:49:50

Ölkə artıq batmaq üzrədir .Zavodu özəlləşdirib zavod tikmək əvəzinə ya bina ,ya şadlııq sarayı ,ya da restoran tikirlər .Utanmırlar bütün günahı ölülərinn üstünə atırlar ,yazıqlar bir tikə çörək üçün əlverişsiz şərayitdə işləyirlər ,bu qudurğanlar kef edir

Sabir 2024-01-17 11:36:33

Taginin tek gizinin yoldashi da firildaglignan meshguldu. Yoxluyun bunlarin neslini

Son yazılar