Menu

BAYDENDƏN ETİRAF – “Yəməndəki hücumları dayandıra bilməmişik”

19.01.2024, 14:43
BAYDENDƏN ETİRAF – “Yəməndəki hücumları dayandıra bilməmişik”

Yəməndə məskunlaşan husilərin Qırmızı dənizdən keçən və İsrail limanlarına gedən gəmilərə hücumlarını hələ də dayandıra bilməmişik.

“AzPolitika.info” xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Şimali Karolina səfərindən əvvəl Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

ABŞ Prezidenti etiraf edib ki, Amerika və Böyük Britaniya donanmalarının həyata keçirdiyi birgə əməliyyatlar husilərin Qırmızı dənizdəki ticarət gəmilərini hədəf almasına mane ola bilməyib.

Bayden buna baxmayaraq,husilərə qarşı əməliyyatların davam etdiriləcəyini vurğulayıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol