Menu

Cəlilabadda iki avtomobil toqquşdu - Xəsarət alanlar var

21.01.2024, 22:27
Cəlilabadda iki avtomobil toqquşdu - Xəsarət alanlar var

Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, hadisə Silsilə deyilən ərazidə qeydə alınıb.

Belə ki, “Pajero” və VAZ-2107 markalı minik avtomobilləri toqquşublar. Qəza nəticəsində üç nəfər rayon sakini - 1992-ci il təvəllüdlü Elxan Quluzadə, 1991-ci il təvəllüdlü Orxan Hüseynzadə və 1995-ci il təvəllüdlü Əsgər Quliyev xəsarət alıb.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol