Menu

“İrana qarşı müharibə hər an başlaya bilər” - ABŞ nəşri

22.01.2024, 13:47
“İrana qarşı müharibə hər an başlaya bilər” - ABŞ nəşri

Co Baydenin administrasiyası amerikalı əsgərlər arasında itkilər olacağı təqdirdə İranla genişmiqyaslı münaqişəni mümkün hesab edir.

“AzPolitika.info” xəbər verir ki, “The New York Times” nəşrinin regiondakı vəziyyətlə bağlı yazısında belə deyilir.

Yazıda qeyd olunur ki, İranın proksi qüvvələri hər an “qırmızı cizgi”ni keçə bilərlər. Bu isə İrana qarşı genişmiqyaslı hücumu qaçılmaz edəcək: “Bayden administrasiyası şiə üsyançılarının ABŞ hərbi bazalarına davam edən raket hücumlarına görə İrana mümkün cavabları nəzərdən keçirir. Eyni zamanda, ABŞ hesab edir ki, əsas vəzifə tammiqyaslı hərbi münaqişədən qaçmaqdır. Bununla belə, rəsmilər özəl olaraq etiraf edirlər ki, bu hücumlarda Amerika əsgərləri həlak olarsa, müharibə başlaya bilər. Qeyd olunur ki, bu, hələ keçilməmiş “qırmızı cizgi”dir, lakin belə bir hadisə hər an baş verə bilər”.

Məlum olduğu kimi, son zamanlar Yaxın Şərqdəki ABŞ bazalarına qarşı hücumlar artıb. Bu isə regiondakı onsuz da olduqca gərgin olan vəziyyəti daha da tətikləyir.

“AzPolitika.info”

Şərhlər

dadaşyev 2024-01-22 15:19:50

ABŞ heç vaxt İranı vurmayacaq.Qorxudursa demək yenə ABŞ-da neft rezervuarları müftə İraq-Suriya neftiylə dolub,odur ki baha satmaq üçün nefti bahalaşdırmaq lazımdır.İldə bir-iki dəfə olur belə şeylər.Adətdəndi yəni.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol