Menu

Meral Akşener İstanbuldan namizədini açıqladı – İmamoğlunun şansları azalır

24.01.2024, 13:54
Meral Akşener İstanbuldan namizədini açıqladı – İmamoğlunun şansları azalır

Bu gün keçmiş daxili işlər naziri Meral Akşenerin rəhbərlik etdiyi İyi Partiya 31 martda keçiriləcək bələdiyyə seçkilərində İstanbuldan namizdəini açıqlayıb.

“AzPolitika.info” Türkiyə mətbuatına istinadla xəbər verir ki, partiyasının qrup toplantısında danışan Akşener namizdlərinin Buğra Kavunçuoğlu olduğunu açıqlayıb. Xatırladaq ki, 2019-cu ildə keçirilən yerli seçkilərdə İyi Partiya hazırki bələdiyyə başqanı, CHP-li Əkrəm İmamoğlunun namizədliyini dəstəkləmişdi.

Qeyd edək ki, hazırki iqtidar AKP-MHP İttifaqının namizədi keçmiş nazir, hazılrki millət vəkili Murad Kurumdur.

Rəy sorğularına görə, əsas rəqabət Əkrəm İmamoğlu ilə Murat Kurum arasında gedəcək.

Bununla belə ötən prezident seçkilərində CHP-liderlik etdiyi “Millət” İttifaqında birləşən partiyalar, eləcə də kürdlərin Demokrat Partiyası da seçkilərdə öz namizədləri ilə iştirak etməyə qərar veriblər.

Müşahidəçilərə görə, Ə.İmamoğlu həm müxalifətin, həm də kürd seçicilərin dəstəyindən məhrum olacaq ki, bu da onun yenidən bələdiyyə başqanı seçilmək şanslarını azaldır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol