Ukraynanın gələcək taleyi onun Qərb müttəfiqlərinin hərəkətlərindən asılıdır. 2024-cü il bu baxımdan Ukrayna üçün həlledici ola bilər.
“AzPolitika.info” xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps deyib.
Şapps qeyd edib ki, Rusiya müharibə xərclərini artırır və bundan sonra cəbhəyə göndərəcəyi hərbçilərə görə narahat deyil.
“Putin hesab edir ki, Qərb zəifləyə bilər. O hesab edir ki, bizim kifayət qədər strateji səbrimiz yoxdur. Biz onun yanıldığını sübut etməliyik... Bu gün Ukraynanın taleyi ABŞ-nin əlindədir. Putinin qalib gəlməsinə imkan vermək mümkün deyil. Bu, ona nəinki inam qazandıracaq və Şərqi Avropadakı tərəfdaşlarımızı təhlükə altına atacaq,”,-deyə o bildirib.
“AzPolitika.info”


Şərhlər