Menu

Bakıda şagirdlər arasında kütləvi dava - Polis hərəkətə keçdi

25.01.2024, 22:03
Bakıda şagirdlər arasında kütləvi dava - Polis hərəkətə keçdi

Bakının Pirşağı qəsəbəsində bir qrup məktəbli arasında kütləvi dava olub.

“Qafqazinfo” xəbər verir ki, insident 188 saylı tam orta məktəbin şagirdləri arasında qeydə alınıb.

DİN Mətbuat Xidmətinin inspektoru, polis kapitanı Nurlan Əliyev bildirib ki, dava olması barədə daxil olan müraciət əsasında ərazi üzrə polis orqanında təhqiqat araşdırması başlanılıb.

Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin edilib.

Şərhlər

dadaşyev 2024-01-26 01:17:24

Təhsil Nazirliyinə başındanca təsadüfi adamlar gətirilməməliydi.Bu vəzifə bələdiyyə sədrliyi kimi,JEK müdirliyi kimi oyuncaq vəzifə deyil ki,hər yerindən duran gətirilib oturdulsun,hərəsi də yenilik adıyla özündən yeni hoqqalar çıxarsın.Məktəblərdə tədrisin sıfıra yaxınlaşmasının nəticəsi təbii ki bir gün vulkan kimi üzə çıxmalıydı.Budur, başlayır artıq. Uşaqlar məktəblərdə yox,repetitorlar yanında oxuduqlarına görə məktəbləri bağlayıb repetitorlar dərnəyi yaratmaq lazımdır.

Etibar 2024-01-26 00:05:12

Tədricən məktəblərimiz "sxodka" məkanına çevrilməkdədir. "Vor zakonlar" ortalıqda görünmədikcə Emin Əmirullayevin rəhbərliyi ilə bu boşluğu məktəblərimizdə şagirdlərimiz doldurmağa çalışırlar. Niyə də olmasın? Emin kimi naziri olan təhsilimizdən başqa nə gözləmək olar? Son bir-iki gündə bıçaqlanma var, qruppavoy dava var, pozğunluq var. Tədbirsə "xəbərdarlıq"!!!!! Bir azdan silahlı atışma olsa təəccüblənməyin!!!!!

Veteran 2024-01-25 22:34:33

Məktəblərdə əsil kişi müəlllimlərin və rəhbərlərinin sayını artırmaq lazımdır ,özüdə təcili.Təhsil arvadların ümidinə qalanda belə olur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol