Menu

Bu artım əvvəldən ünvanlı yardım alanlara şamil olunmayacaq – İqtisadçı səbəbləri açıqladı

26.01.2024, 11:31
Bu artım əvvəldən ünvanlı yardım alanlara şamil olunmayacaq – İqtisadçı səbəbləri açıqladı

Bu ildən etibarən ehtiyac meyarının 246 manatdan 270 manata çatdırılması ünvanlı sosial yardım məbləğinin artmasına səbəb olub. Bununla yanaşı, ən çox verilən suallardan biri də məhz ehtiyac meyarı dəyişməmişdən öncə yardım almağa başlayanların ödənişlərində artım olub-olmaması bağlıdır.

Yəni, əgər ailə 2023-cü ildən başlayaraq ünvanlı sosial yardım alırsa onun yardım məbləği də artırılacaqmı?

İqtisadçı, deputat Vüqar Bayramov bildirir ki, mövcud qaydalara əsasən, ehtiyac meyarının artması 2024-cü ildən etibarən ünvanlı sosial yardım almaq hüququ yaranan ailələrin yardım məbləğinə təsir göstərir.

Onun sözlərinə görə, ehtiyac meyarı artırıldığı üçün onların gəlirləri və xərcləri hesablanan zaman 270 manat meyarından istifadə olunur. “Bu zaman ailədə adambaşına gəlir 246 manatdan deyil, 270 manatdan çıxılır və həmin ailə daha çox yardım ala bilər”, - o əlavə edib.

Ehtiyac meyarı artırılmamışdan əvvəl sosial yardım almağa başlayan ailə yardım məbləğini necə artıra bilər?

İqtisadçı bu suala cavabında deyir ki, qaydalara əsasən, ailənin gəlirlərində ötən müddətdə dəyişiklik baş verməyibsə o halda həmin ailə yardımı dayandırıb yenidən müraciət edə bilər: “Yəni ehtiyac meyarı 246 manat olan zaman yardım almağa başlayan ailənin gəlirində dəyişiklik baş verməyibsə o halda yenidən müraciət hüququna malikdir. Bununla, həmin ailə daha çox məbləğdə yardıma müraciət edib əldə edə bilər. Həmin ailə elektron kabinet üzərində yardım dayandırılması və yenidən müraciəti həyata keçirməlidir”.

Deputat vurğulayıb ki, ehtiyac meyarının artırılması yeni sosial yardım alanların ödəniş məbləğinə birbaşa təsir edəcək. Hazırda proqramdan faydalanalar üçün isə imkanlar yaradır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol