ABŞ-də bu ilin noyabrında keçiriləcək prezident seçkiləri öncəsi yayımlanan son sorğunun nəticələri diqqət çəkib.
“AzPolitika.info” xəbər verir ki, “Reuters”-in keçirdiyi sorğu zamanı məlum olub ki, Respublikaçılar Partiyasının namizədi olacağı gözlənilən Donald Tramp Demokratlar Partiyasından olan hazırkı Prezident Co Baydendən 6 faiz öndədir.
1250 ABŞ vətəndaşı arasında keçirilən sorğuda Bayden 34%, Tramp isə 40% səs toplayıb.
Sorğuda iştirak edənlərin 26%-i isə seçkidə kimi dəstəkləyəcəkləri iə bağlı qərarsız olduqlarını bildiriblər.
“AzPolitika.info”


Şərhlər