Bu günlərdə xarici mətbuatda hərbi sənayedə çalışan Almaz Antey adlı rusiyalı mühəndisin intihar etməsi ilə bağlı xəbərlər yayılıb. Xəbərə görə, mühəndisin istehsalında iştirak etdiyi raket onun Ukraynada yaşayan nənəsinin ölümünə səbəb olub.
“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, yanvarın 23-də Xarkova edilən hücum nəticəsində raket Anteyin nənəsinin evinə düşüb və evə böyük ziyan dəyib. Hadisə zamanı onun nənəsinin də öldüyü bildirilir.
Məlumata görə, sözügedən hadisədən xəbər tutan Antey yaxınlarına məktub buraxaraq, intihar edib.
Anteyin intihar məktubunda bu ifadələr yer alıb:
“Bir neçə gün əvvəl öyrəndim ki, istehsalında iştirak etdiyim raket Xarkovda nənəmin yaşadığı evə düşüb. Mən bununla yaşaya bilməzdim. Hazırda baş verənlər dəhşətli və tam olarq kabusdur. Mən artıq çox yorulmuşam, daha belə yaşaya bilmərəm, üzr istəyirəm”.
“AzPolitika.info”


Şərhlər