Fevralın 7-də baş tutacaq növbədənkənar prezident seçkiləri ilə əlaqədar Azərbaycandan kənarda yaradılmış seçki məntəqələrinin yerləşdiyi ölkələrin siyahısı məlum olub.
“Report”un əldə etdiyi məlumata görə, məntəqələrin yerləşdiyi diplomatik nümayəndəlik və konsulluqlar İtaliya, Koreya, Qazaxıstan (Astana, Almatı, Aktau), Qətər, Qırğızıstan, Latviya, Litva, Belçika, BƏƏ (Əbu-Dabi, Dubay), Böyük Britaniya, Çin, Çexiya, Estoniya, Fransa, Gürcüstan (Tbilisi, Batumi), İordaniya, İspaniya, İsveç, İsveçrə (Bern), Niderland, Özbəkistan, Pakistan, Polşa, Almaniya, ABŞ (Vaşinqton, Los-Anceles), Avstriya, Səudiyyə Ərəbistanı, Türkiyə (Ankara - 2 məntəqə, İstanbul - 2 məntəqə, Qars), Türkmənistan, Ukrayna, Yunanıstan, İran (Təbriz), Belarus, Moldova, Macarıstan, Rumıniya və Rusiyadadır (Moskva - 2 məntəqə, Sankt-Peterburq, Yekaterinburq).
Qeyd edək ki, növbədənkənar prezident seçkilərində xaricdə olan Azərbaycan vətəndaşları 37 ölkədə təşkil edilmiş 49 seçki məntəqəsində səs verəcəklər.
Səsvermə həmin ölkələrdə yerli vaxtla 08:00-dan 19:00-a qədər keçiriləcək.

Şərhlər
Xalqımız niyə dünya ölkələrinə köçür?Bunun səbəbini araşdıran politoloq doğru araşdırsa nə ortaya çıxar?Axı bunun sas səbəbi var! Kim sti yuvasını buraxıb qürbətdə yaşayış aryar?