ABŞ yanvarın 28-də Suriya-İordaniya sərhədindəki bazasına edilən hücuma cavab verməyə başlayıb.
“AzPolitika.info” xəbər verir ki, Ağ ev bu gün İraq və Suriyada 85 hədəfi vurduğunu açıqlayıb.
Açıqlamada hücumlarda ABŞ-dan havaya qalxan uzaqmənzilli bombardmançıların da iştirak etdiyi və 125-dən çox idarə olunan bombanın istifadə edildiyi bildirilib.
Qeyd olunub ki, Yaxın Şərqdə İrana bağlı proksi qüvvələrin komanda-idarə mərkəzləri və pilotsuz uçuş aparatları məhv edilib.
“AzPolitika.info”


Şərhlər