Menu

Rekord ardınca rekord: avronun kursu 64, dolların kursu isə 52 rublu keçdi

01.12.2014, 14:24
Rekord ardınca rekord: avronun kursu 64, dolların kursu isə 52 rublu keçdi

Rusiya rublu ucuzlaşmaqda davam edir. Birjanın açılması ilə dollarla avro yeni rekordları təzələməkdə davam edib.

AzərTAc Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, Moskva birjasında bu səhər avronun kursu 64 rublu keçib. Amerika valyutası olan dolların kursu isə 52,05 rubla çatıb. Qeyd edək ki, rublun qiymətdən düşməsinin yeni dalğasına OPEC-in hasilat kvotasını dəyişməmək qərarı səbəb olub.

Ekspertlərin qənaətinə görə, rublun məzənnəsinə, həmçinin iri vergi ödənişlərinin bitməsi və dollarları rubla dəyişənlərin sayının kəskin azalması da təsir edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol