Menu

Pul siyasəti və bank sektoru

05.02.2024, 16:49
Pul siyasəti və bank sektoru

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü iqtisadi siyasət nəticəsində 2023-cü ildə ölkəmizdə makroiqtisadi sabitlik göstəricilərinin yaxşılaşması davam etmişdir.

Qarşıya qoyulan vəzifələrin icrası məqsədilə, Azərbaycan Respublikasının Mərkəzi Bankı 2023-cü ildə inflyasiyanın hədəf intervalına qaytarılmasına yönəldilmiş pul siyasəti həyata keçirmişdir. Ötən il illik inflyasiya həm xarici, həm də daxili amillərdən təsirlənərək azalmış və iki illik fasilədən sonra hədəf daxilində olmuşdur.

2024-cü ilin əvvəlinə Azərbaycanın strateji valyuta ehtiyatları 66,5 milyard ABŞ dollarına çatmış, bu da ölkəmizin ən yeni tarixində demək olar ki, ümumi daxili məhsulun həcminə yaxın olmuşdur.

2023-cü ildə Mərkəzi Bankın maliyyə sabitliyi siyasəti geoiqtisadi risklərin maliyyə sektoruna neqativ təsirlərinin azaldılmasına və bank sektoruna etimadın qorunub saxlanılmasına yönəlmişdir.

Bank sektorunun sanasiyası istiqamətində tədbirlər ötən hesabat ilində də davam etdirilmişdir.

Bütövlükdə, bank sektorunda 2024-cü ilin əvvəlinə 23 bank fəaliyyət göstərir. Bank sektorunun aktivləri 50,0 milyard manata yaxın olmuşdur ki, bu da 2023-cü ildəkindən 4,5 faiz, manatın devalvasiyasından əvvəlki göstəricidən isə 95 faiz çox olmuşdur.

Bank sektorunun aktivlərinin həcmində müşahidə olunan artım dinamikası, depozit portfelinin, mənfəətin, habelə məcmu kapitalın artırılması hesabına mümkün olmuşdur.

Ölkəmizdə bank sektorunun sabitliyinin qorunması 2024-cü ildə də Mərkəzi Bankın pul siyasətinin effektivliyinə müsbət təsir edən amillərdən biri olmasına zəmanət yaradır.

Zöhrab İbrahimov

Azərbaycan Dövlət İqtisad Universitetinin

“Maliyyə və audit” kafedrasının dosenti   

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol