DEPUTATIN OĞLU LONDONDAKI EVİNİ SATDI - Ailəsi uzun illərdir Britaniyada yaşayır + FOTO

“Milli Məclisin deputatı Azər Kərimlinin oğlu Fəxri Kərimli Londondakı mənzilini 625 min funt sterlinqə (1,33 milyon manat) satıb”.

“AzPolitika.info” xəbər verir ki, bunu araşdırmaçı jurnalist Cavanşir Həsənli öz “feysbuk” səhifəsində yazıb.

Qeyd olunur ki, A.Kərimlinin ailəsi uzun illərdir İngiltərə paytaxtında yaşayır: “Hazırda beynəlxalq neft treyderi kimi fəaliyyət göstərən Fəxri Kərimli Londonun Ability meydanındakı (Millharbour 37, mənzil 186) 94 kv. metrlik 3 otaqlı əmlakına ötən il müştəri tapıb. Mənzil Fəxri Kərimlinin Londonda təhsil aldığı dövrdə, 2013-cü ildə alınıb və o zamankı dəyərindən 16% artıq qiymətə satılıb. Əmlakın satışının nə ilə əlaqəli olduğu bəlli deyil. Deputatın ailəsi uzun müddətdir ki, Londonda məskunlaşıb”.

Xatırladaq ki, Azər Kərimli 2000-ci ildən bu yana – 24 ildir(!) Qax rayonunun deputatıdır. Ancaq millət vəkilindən daha çox iş adamı kimi tanınan və hər hansı siyasi fəaliyyəti ilə seçilməyən Kərimlinin böyük mebel biznesinə və digər bizneslərə malik olduğu bildirilir. Onu da qeyd edək ki, qanunvericiliyə görə, millət vəkili bizneslə məşğul ola bilməz...

“AzPolitika.info”  




635x100

Şərhlər

Çingiz 2024-02-06 21:04:47

Azərbaycanda pulsuz təhsil alıb,(axı onun təhsilinə dövlət məsrəfləri olub ) Azərbaycanda xidmətiedərək borcunu qaytarmaq əvəzinə papasının haram pulları ilə xaricə gedən gənclərimizi necə vətəndaş adlandırmaq ölar7 Bu oğru,talançı şəxslər vəzifələrə nə məqsədlə gətirilib,necə deputat yazılıblar?Azərbaycanda.o cümlədən YAP-da bunları kim toplayıb bəsləyir?

Roma 2024-02-06 20:55:40

Artıq belə xəbərlərə bir növ alışmışıq və necə deyərlər, bu xəbərlər bizim üçün maraqlı deyil. Demək olar ki, istənilən vəzifəli şəxs, yəni böyük əksəriyyəti korrupsiyaya meyllidir və s...

JJ 2024-02-06 11:57:59

Qanunvericiliye gore..?! Qanunlariniz batsin!

Vətəndaş 2024-02-06 11:41:46

Bu adam həqiqi hərbi xidmətdə olubmu? Londonda evihansı pullarla alıb?Bu suala kim cavab cerər?Bülə hallar Hakimiyyərin yarıtmaz və məqsədıi idarəçiliyini nəticəsi deyilmi?

Son yazılar