Türkiyə Azərbaycanı "Böyük iyirmilik" (G20) sammitinə dəvət edib.
SalamNews-un “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, bu barədə Türkiyə baş nazirinin müavini Ali Babacan məlumat verib.
O bildirib ki, Azərbaycan G20 sammitinə Türkiyənin xüsusi dəvəti ilə qatılacaq: “G20-dən kənarda çox ölkə qalıb. Biz həmin ölkələrin özlərini təcrid olunmuş hiss etmələrini istəmirik. Fikrimizcə, G20 platformasında o ölkələrin də səsi eşidilməldiir."
Bildirək ki, Türkiyə bu gündən etibarən “Böyük iyirmiliyə” sədrlik edəcək.


Şərhlər