KORRUPSİYA İDARƏSİ HAKİMİ HƏBS ETDİ – Bərdədə əməliyyat keçirilib (Yenilənib)

Bərdə Rayon Məhkəməsinin sabiq hakimi barəsində cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Bərdə Rayon Məhkəməsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı vətəndaş müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Məhkəmə-Hüquq Şurası ilə birgə araşdırma aparılıb.

İbtidai istintaqla Bərdə Rayon Məhkəməsinin hakimi Əhmədov Elsun Məzahir oğlunun həmin vəzifədə işləyərkən şəxsin Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə yüngül cəzanın təyin olunması müqabilində onun ailə üzvlərindən külli miqdarda pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edək ki, Elsun Əhmədovun fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən edildiyi üçün hakimlərin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı Məhkəmə-Hüquq Şurasının 21 dekabr 2023-cü il tarixli qərarı ilə onun səlahiyyət müddəti uzadılmayıb.

İş üzrə toplanmış ilkin sübutlar əsasında Əhmədov Elsun Məzahir oğlu şübhəli şəxs qismində tutulub, fevralın 8-də ona Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham elan edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatl əsasında barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı növündə qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

***

Bərdə Rayon Məhkəməsinin hakimi Elsun Məmmədov Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “Gununsesi.info” saytı özəl mənbələrə istinadla xəbər yayıb.

Məlumata görə, məhkəmə hakimi rüşvət almaqda günahlandırılır. Onun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün bu gün məhkəməyə çıxarılacağı gözlənilir.

“AzPolitika.info”

635x100

Şərhlər

Oxucu 2024-02-11 23:42:29

Təyin olunmuş Hakimlərin Test imtahanlarından topladıqları ballar araşdırılamlıdır, çünki yüksək pal toplayanlar kənarda qalmışlar, 61 pal toplayanlar isə Hakim təyin olunmuşlar ?

Vətəndaş 2024-02-08 18:07:59

salam, bir Bərdədə Polis və Ədliyyə arasında intriqa var. Polis böyük məbləğdə rüşvəti verməyən vətəndaşı həbs etdirmək istəyir. Hakim deyir ki : bu insanın krediti var, himayəsində 3 az yaşlı övladı var. avtomobilində zavod istehsalı olmayan avadanlığa görə vətəndaşı 2 ay həbs edə bilmərəm. Bu da belə.. Polis Hakimi də şərləyib tutdu...eh

Oxucu.. 2024-02-08 18:02:29

Salam, bərdə sakini kimi deyə bilərəm ki Hakim yox.! Bərdə polis rəisi həbs olunmalıdı. cənab nazirin qohumu olan rəisimiz"" bura mənim bazarımdı qiyməti mən qoyuram deyib dəhşətli formada pul yığır

Son yazılar