Menu

Rusiya “Rosneft”in səhmlərini satışa çıxarır

01.12.2014, 15:44
Rusiya “Rosneft”in səhmlərini satışa çıxarır

Rusiyanın enerji şirkəti “Rosneft”in dövlət nəzarətindəki səhmlərinin 19,5%-i satışa çıxarılır. Satışdan 8 milyard dollar gəlir götürmək planlaşdırılır.

Rusiyanın Baş naziri Dmitriy Medvedev, dövlət neft şirkəti “Rosneft”in dövlət nəzarətindəki səhmlərinin 19,5%-inin ilkin kütləvi təklif (İPO) yolu ilə özəl investorlara təklif edilməsi barədə qərarı təsdiqləyib. Qərara əsasən, “Rosneft”in dövlət nəzarətindəki 69,5%-lik səhmlərinin 19,5%-i satışa çıxardılacaq. Satışdan 420 milyard rubl (təxminən 8 milyard dollar) gəlir əldə edilməsi gözlənilir.

“Rosneft”in nizamanmə kapitalının 69,5%-i dövlət nəzarətindəki “Rosneftegaz” şirkətinə məxsusdur. Rosneftin qalan 22,5%-lik səhmləri xaricdəki şirkətlərə, 8%-lik qisiminin isə Rusiyadakı adı açıqlanmayan şəxslərə aid olduğu bildirilir. /"Marja"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol