Xəbər verdiyimiz kimi, Rusiya lideri Vladimir Putin fevralın 7-də ABŞ jurnalisti Taker Karlsona geniş müsahibə verib.
Ötən gecə yayımlanan müsahibədə Putin Ukrayna Prezidenti Volodimir Zelenskinin atasıyla bağlı maraqlı bir ifadə işlədib.
Rusiya lideri Zelenskinin atasının İkinci Dünya Müharibəsində nasistlərə qarşı vuruşduğunu bildirib:"Onun atası İkinci Dünya Müharibəsində nasistlərə və faşistlərə qarşı vuruşub. Bir dəfə onunla bu məsələ ilə bağlı danışmışdım. "Dedim ki, Volodimir, sən nə edirsən? Atanız faşizmə qarşı vuruşarkən niyə bu gün Ukraynada neonasistləri dəstəkləyirsiniz? Nə cavab verdiyini sənə deməyəcəyəm...".
Putinin bu çıxışından sonra məlum olub ki, Zelenskinin atası Aleksandr Zelenski İkinci Dünya Müharibəsinin bitimindən iki il sonra - 2 dekabr 1947-ci ildə anadan olub.
Rusiya liderinin belə bir ifadə işlətməsi beynəlxalq mediada da çaşqlınlığa səbəb olub.
"AzPolitika.info"


Şərhlər
Hörmətli sait bu məqaləni Sizin oxucular oxuyur,məncə oxucularınıza hörmətlə yanaşsanız yaxşı olar,axı Putin babasını dedi və Sizin oxucularınızda belə eşidib,mən başa düşürəm manevir edirsiz amma millətimiz üçün yazılan məqalayə manevir etmək yersizdir.
Putin orda babanız deyib müsahibəni düzgün oxuyun, sonra ona fikir bildirin
Siz oz gozunuzde tiri gormeyib, ozge gozde gil axtarirsiz