Menu

Putin amerikalı jurnalisti azad etmək şərtini açıqladı – Həbsdəki terrorçunu tələb edir

09.02.2024, 12:50
Putin amerikalı jurnalisti azad etmək şərtini açıqladı – Həbsdəki terrorçunu tələb edir

Rusiya Prezidenti Vladimir Putin ABŞ-nin “Fox News” telekanalının keçmiş aparıcısı Taker Karlsona müsahibəsində casusluqda ittiham olunaraq Rusiya həbsxanasında saxlanılan “Wall Street Journal”ın əməkdaşı Evan Qerşkoviçi dəyişdirməyə hazır olduğuna bildirib.

Putin bildirib ki, Gerşkoviç “Amerika kəşfiyyat xidmətlərinin maraqları naminə çalışıb və məxfi məlumatları alanda cinayət başında tutulub”. Rusiya Prezidentinin sözlərinə görə, bu, casusluq adlanır. Lakin o, Qerşkoviçin Rusiya həbsxanasında saxlanmasının mənası olmadığını bildirib. Qeyd edib ki, məsələ xüsusi xidmət orqanları tərəfindən həll edilə bilər. Kreml rəhbəri açıq şəkildə bildirib ki, Gerşkoviçin mübadiləsi mümkündür.

"Yaxşı, bizə sadəcə razılığa gəlmək lazımdır" deyən Putin, “vətənpərvərlikdən dolayı ABŞ ilə müttəfiq olan Avropa ölkələrinin birində qulduru məhv etdiyinə görə cəza çəkən” şəxs haqda danışıb.

Rusiya Prezidenti çeçen separatçılarının keçmiş səhra komandiri Zelimxan Xanqoşvilini qətlə yetirməkdə təqsirli bilinərək Almaniyada ömürlük cəzaya məhkum edilmiş Rusiya xüsusi xidmət orqanlarının əməkdaşı Vadim Krasikovu (Vadim Sokolov) nəzərdə tutur.

Almaniya məhkəməsi rusiyalının Moskvanın göstərişi ilə hərəkət etdiyini müəyyən edib və 2019-cu ildə Berlində Xanqoşvilinin qətlini dövlət terroru aktı adlandırıb. Jurnalist araşdırmalarına görə, Krasikov “Vımpel” xüsusi təyinatlılarının veteranı və FSB-nin yüksək rütbəli zabiti ola bilər. Moskva Xanqoşvilinin qətlində iştirakını inkar edir.

Moskva Vadim Krasikovun ABŞ və Rusiya arasında əsir mübadiləsi sazişinə əlavə edilməsini tələb edib. CNN bu barədə 2022-ci ilin yayında razılaşmanın müzakirəsi ilə tanış olan çoxsaylı anonim mənbələrə istinadən məlumat yayıb.

Ötən ilin sentyabrında “Wall Street Journal” yazmışdı ki, Krasikovun adı Rusiyada casusluqda ittiham olunaraq məhkum olunmuş ABŞ vətəndaşları Pol Uilanın və Moskva istintaq təcridxanasında saxlanılan “Wall Street Journal”ın jurnalisti Evan Qerşkoviçin mübadiləsinə dair danışıqlar zamanı eşidilib.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol