Menu

NATO müdafiə nazirləri gələn həftə Brüsseldə toplanır - Əsas mövzu Ukraynaya dəstəkdir

09.02.2024, 14:13
NATO müdafiə nazirləri gələn həftə Brüsseldə toplanır - Əsas mövzu Ukraynaya dəstəkdir

NATO müdafiə nazirlərinin Brüsseldə keçiriləcək iclasının dəqiq tarixi və gündəliyi açıqlanıb.

“Report” Alyansın saytına istinadən xəbər verir ki, toplantı iki gün - fevralın 14-15-də keçiriləcək.

İclasın açılış mərasimində ABŞ-nin müdafiə naziri (Pentaqon rəhbəri) Lloyd Ostin çıxış edəcək.

Toplantının ilk günündə Ukrayna Müdafiə Əlaqə Qrupunun iclası təşkil olunacaq.

Növbəti gün NATO-nun Baş katibi Yens Stoltenberq bəyanatla çıxış edəcək.

Həmçinin Alyansın və NATO-Ukrayna Şurasının iclası keçiriləcək.

Ardınca Y.Stoltenberq mətbuat konfransında danışacaq, jurnalistlərin suallarını cavablandıracaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol