Menu

Tramp yenə Baydeni hədəf aldı - "O, yaşadığından xəbərsizdir"

10.02.2024, 21:33
Tramp yenə Baydeni hədəf aldı - "O, yaşadığından xəbərsizdir"

Respublikaçılar partiyasının prezidentliyə namizədi, ABŞ-nin 45-ci lideri Donald Tramp Pensilvaniya ştatında tərəfdarları ilə görüşüb.

"AzPolitika.info" xəbər verir ki, o, öz çıxışında prokuror Robert Hurun Baydenlə bağlı hazırladığı hesabatdan danışıb.

"Bayden yaşadığından xəbərsizdir. O, ölkənin ən pis prezidentidir. Co Bayden ən pis adamdır. Ölkəmizin tarixinin ən bacarıqsız və ən korrupsioner prezidentidir",-deyə o bildirib.

Qeyd edək ki, Robert Hur bu günlərdə Co Baydenlə bağlı hazırladığı hesabatı açıqlayıb. Həmin hesabatda Baydenin yaddaşının zəif olduğu, onun bəzi hadisələri xatırlamadığı qeyd olunub.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol