Menu

“MAKRON DA QATILMAQ İSTƏSƏ, GÖRÜŞ ALINMAYACAQ...” – Brüssel danışıqlarına razılıq verilib

11.02.2024, 12:58
“MAKRON DA QATILMAQ İSTƏSƏ, GÖRÜŞ ALINMAYACAQ...” – Brüssel danışıqlarına razılıq verilib

"Dövlət başçısı İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin xahişi üzərinə Ermənistanın baş naziri Nikol Paşinyanla yenidən Brüsseldə görüşə biləcəyini söyləyib. Bunun üçün əsas şərt görüşün üçlü formatda təşkilidir".

"AzPolitika.info" xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

"Masada Fransa Prezidenti Emmanuel Makron da yer almağa çalışarsa, görüş alınmayacaq və rəsmi Bakı üçün Brüsselin vasitəçiliyi yenə arxa plana keçəcək", - ekspert əlavə edib.

E. Şahinoğlu hesab edirk, bunu Şarl Mişel də anlamamış deyil: "Şarl Mişel üçün bu görüş həm də ona görə vacibdir ki, Avropa İttifaqı ölkələrində seçkilər keçiriləcək və bunun əsasında birliyin icra strukturları yenidən formalaşacaq. Yəni 2024 Şarl Mişel üçün Avropa İttifaqı rəhbərliyində son il ola bilər. Buna görə də Mişel son ilində müxtəlif istiqamətlərdə uğur qazanmaq istəyir. Bu istiqamətlərdən biri də Azərbaycanla Ermənistan arasında vasitəçilikdir. Şarl Mişel digər avropalı rəsmilərdən fərqli olaraq iki ölkə arasında balansı pozmur və İlham Əliyev bunu müsbət qiymətləndirir".

Politoloqun sözlərinə görə, əslində sülh sazişinin və ya çərçivə sazişinin Brüsseldə imzalanması həm Bakının, həm də İrəvanın maraqlarına cavab verər. "Ancaq bunun üçün Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü ifadə edən bəndin qəbuluna və özündə ərazi iddiası əks etdirən Ermənistan Konstitusiyasının yenilənməsinə razı olmalıdır", - təhlilçi vurğulayıb.

Rasim Əliyev

"AzPolitika.info"

Şərhlər

miri 2024-02-11 17:05:13

Ünlü görüşdə dördünü olmur. Ona görə bu uydurma şuarı ortaya atıb "diplomatik uğur hekayəsi" hazırlıgına start verilib? Milliyətcə sülh müqaviləsi lazımdır! Politiloqların yalançı hekayələri yox.

Vuqar 2024-02-11 15:55:05

Nikol PASİNYANI müstəqil hərəkət etməyə qoymayan qüvvələr mövcuddur özüdə çoox! Bu iş belə irəli gedə bilməz!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol