Azərbaycanda hökumətin apardığı vergi-gömrük siyasətinin heç də ölkənin qeyri-neft sektorunun xeyrinə işləmədiyi dəfələrlə müstəqil iqtisadçılar və sahibkarlar tərəfindən səsləndirilsə də, bu şikayətlərə məhəl qoyan yoxdur. Əksinə, vergi və gömrük yükü artırılmaqda davam edir...
“AzPolitika.info” xəbər verir ki, iqtisadçı Natiq Cəfərli öz sosial şəbəkə paylaşımında hökuməti yürütdüyü iqtisadi siyasətə görə tənqid edib: “Hökumətin iqtisadi komandasının iqtisadiyyat haqqında təsəvvürləri kökündən yanlışdır, iqtisadi aktivlikdən danışmaqdansa, bunu təşviq etməkdənsə vergi-gömrük yığımlarını artırmağa çalışırlar.
Görün Mikayıl Cabbarov nə deyir: “Vergi daxilolmalarının davamlı artımı vətəndaşların rifahına mühüm töhfələr verir”.
Əsl sol-solçu yanaşmasıdır, olsun, amma vətəndaş yığılan vergilərə nəzarət edə bilirmi, bunun mexanizmləri varmı – yoxdur.
Amma İqtisadiyyat naziri vergi daxilolmalarının artması ilə nə vaxt öyünməlidir?! Bəli, iqtisadiyyatın böyüməsi, iqtisadi aktivliyin artması, yeni müəssisələrin, iş yerlərinin yaranması hesabına vergilərdən çox daxilolmalar olsa, əlavə dəyər yaranması ilə bu baş versə öyünə bilər. Amma Azərbaycan iqtisadiyyatı 2023-cü ildə ÜDM-in artım tempinə görə MDB-də sonuncu yeri tutub, iqtisadi böyümə yoxdur. Yaxşı, vergi daxilolmaları nəyin hesabına davamlı artır?! Bəli, vətəndaşın, biznesin vergi yükünün artması hesabına! Yaxşı, biznesin vergi yükü artırsa, biznes daha çox vergi ödəyirsə nə baş verir?! Bəli, biznes yeni yatırımlar edə, yeni iş yerləri yarada bilmir. Bu zaman vergi daxilolmalarının davamlı artmasından vətəndaş ziyan görür, ya bu rifaha töhfə verir?!
İqtisadiyyatdan azacıq başı çıxan adam deyə bilər ki, bu, rifahın artmasına zərbə vurur. Hə, birdən Mikayıl müəllim çıxıb deyər ki, bu, vergilərin “ağardılmasına” görə baş verir – deməsin, ayıb olur, adam illərdir bu sahəyə rəhbərlik edir, “ağartma” 1 il olar, 2 il olar, 3-cü il proses bitib normal sistem bərqərar olmalıdır, İqtisadiyyat naziri məhz buna çalışmalıdır.
Bazar iqtisadiyyatına inanan nazir-məmur anlamalıdır ki, vətəndaş nə qədər çox vergi ödəyirsə, bir o qədər çox özünün digər xərclərini azaldır, xərclərini azaldırsa, deməli iqtisadi aktivlik də azalır – nəsə almır, haranısa tikmir. Bu qədər sadədir məsələ.
Hökumətin iqtisadi komandası sinifdə qalıb, onlar anlamalıdırlar ki, əvvəl iqtisadi aktivliyi artırırsan, bundan sonra orqanik, təbii olaraq vergi daxilolmaları da artır. Hökumət isə səhv yolla gedir, vergi-gömrük yükünü artırır, iqtisadi aktivliyi zəiflədir – bir müddət sonra vergi daxilolmaları da azalacaq...”
“AzPolitika.info”

Şərhlər
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev nazir təyin olunduğu ilk gündən özündən əvvəlkilərin rəhmətə gedənlərinə rəhmət oxutdurur. Rabitə əldən gedib. Bakıdan - Şəkiyə gələn məktub 8-10 günə sahibinə çatdırılır. Araşdırın baxın.. At- Eşşək dövründə Poçt bundan yaxşı işləyirdi. Oğuzdan bir korrupsioneri gətirib Şəki kimi kadr potensialı olan rayonun Poçtuna müdir təyin ediblər, o yalnız öz şəxsi maraqlarına xidmət edir, aidiyyatı qurumlarda bunun özbaşnalıqlarına göz yumurlar.
Azərbaycanda iqtisadiyyatın məhvi fabrik zavod,Kombinatların dağıdılmasından başlayıb və Mikayıl Cabbarov kimi iqtisadiyyar anlamyan nazir təyinatı və onun başına yığdığı anlaqsıq kadrlarla daha da uçuruma yuvarlanıb.
Bir iqtisadçı olaraq deyilənlərə qatılırıq. Təssüf ki, bütün bunlar bir gerçək. Nə yazıq ki, sahibkarlığın böyüməsinə əngəl olan təkcə vergi dərəcələrinin artırılması deyildir. Lütfən gəlin açıq olaq. Çünki, gerçəkləri söyləmək, bu vətənə sədaqətdən doğar. Çünki, hər birimiz bu vətənin övladlarıyıq və hər birimizin olanlarda bu və ya digər şəkildə payımız var. Bu gün Sahibkarlığın inkişafına əngəl olan, deyərdim ki, onu əzən əsas səbəblərdən biri də sahibkarlığa yersiz məmur müdaxilələridir. Ona görə də ölkə iqtisadi ətalətdən xilas ola bilmir ki, bunun da nətiucəsində illərdir ölkədə qeyri neft sektoru yerində sayır, iri müəssisələr yaradılmır, yeni iş yerləri açılmır, manapoliya aradan qalxmır ( baxmayaraq ki, artıq rəqabət qanuu da qəbul edilib) ölkə idaxaldan xilas ola bilmir və bütün bunların fonunda da illik ümumidaxili məhsulun artım göstəriciləri üz qaraldır. Heçmi hökümət özünə hesabat verməz ki, bunca potensialın qarşısında necə ola bilər ki, Azərbaycan ümumdaxili məhsulun artımında MDB ölkələri sırasında axırıncə yerdə olsun. Hələ Ermənistandan sonra neçəncidir demirəm. Ona görə də biz artıq gecikmədən bütün bu əngəllərə bir dəfəlik son qoymaq üçün, illərdir söylədiyimiz-, Konstitusiyada köklü islahatlara gedib, indiki yarımçıq doğulmuş parlamenti buraxıb, referenduma və azad seçgilərə gedib, nəhayyət də sovetdən qalma indiki köhnəlmiş idarəetmə sistemini dəyişməliyik. O sistemi ki, Ölkə Başçısı çıxışlarında mövcud sistemin artıq köhnəldiyini bir zad Özü də dilə gətirmişdir. İslahatlarda nələr gözə alınmalıdır bu da ayrı bir söhbətin mövzusu. Amma inanırıq ki, Ölkə Başçısı yaxın zamanda bu yöndə də, öz qətiyyətini ortaya qoyacaqdır.
İqtisadiyyatın başına iqtsadiyyat anlamayan adam ( İçəri şəhəri bazara çevirən,təhsili ağlar günə qoyan Mikayıl Cabbarov ) təyin edəndə və həmin adam da özü kimi bilgisizləri başına toplayıb ölkə iqtisadiyyatına ziyan vuranda və bu ziyanı görməəzdən gələn hakimiyyət olanda necə ola bilərdi ki?
Vergi Naziri nece gorur bu meseleni asagidan oxuyun
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!
Qoy mən tox olum, özgələr ilə nədi karim,
Dünyavü cahan ac olur olsun, nə işim var?!
Səs salma, yatanlar ayılar, qoy hələ yatsın,
Yatmışları razı deyiləm kimsə oyatsın,
Tək-tək ayılan varsa da, həq dadıma çatsın,
Mən salim olum, cümlə cahan batsa da batsın,
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!
Məmurlr absurd, anormal vergi və gömrük rüsumları ilə xalqı soymaqları azmış kimi hələ bir onu ələ salaraq "rifahını" qaldırmağından danışırlar