Menu

Azərbaycanla İran arasında münasibətlərin gələcək perspektivləri müzakirə edilib

13.02.2024, 00:16
Azərbaycanla İran arasında münasibətlərin gələcək perspektivləri müzakirə edilib

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və xarici işlər nazirinin müavini Samir Şərifovla ayrı-ayrılıqda görüşüb.

"Report" xəbər verir ki, bu barədə səfirliyin teleqram səhifəsində məlumat yayılıb.

Görüşlərdə ikitərəfli münasibətlərdə son inkişaflar və gələcək perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol